“Əl Hərir” portalı: Çin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında yaxından iştirak edirlər

Qahirə, 22 may, imzainfo

Əlcəzairin “Əl Hərir” portalında “Prezident İlham Əliyev Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasında yaxından iştirak etdiyini bildirib” sərlövhəli yazı dərc edilib.

imzainfo -ın xəbərinə istinadla yayımlanan materialda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdəki çıxışında Çin ilə nəqliyyat sahəsində geniş imkanların olduğunu vurğulayıb.

Xəbərdə diqqətə çatdırılıb ki, Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna sərmayələr yatırdığını qeyd edən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sahələrdən birinin də insanlar arasında təmaslar olduğunu bildirib. O əlavə edib ki, Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir.

Paylaş