Əsas kapitala yönəldilmiş vəsaitin 74,8 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Bakı, 16 aprel,  İMZAİNFO
Bu ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 231,9 milyon manatını və ya 52,1 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən  İMZAİNFO-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 768 milyon manatı və ya 74,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 67,5 faiz, büdcə vəsaitləri 10,6 faiz, bank kreditləri 8,9 faiz, əhalinin şəxsi vəsaitləri 8,1 faiz, digər vəsaitlər isə 4,9 faiz olub.
Paylaş