Əsas kapitala yönəldilmiş vəsaitin 99,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib

Bakı, 18 yanvar,  İMZAİNFO
Ötən il əsas kapitala yönəldilmiş ümumi vəsaitin 0,6 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
İMZAİNFO  Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitin 99,2 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 93,3 milyon manatı rabitənin payına düşüb.
Paylaş