20 Yanvar şəhidlərinin xatirəsi Daşkəsən rayonunda yad edilib

Daşkəsən, 20 yanvar, İMZAİNFO

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri rayondakı Şəhidlər xiyabanını ziyarət ediblər.

Rayon icra hakimiyyətindən İMZAİNFO-nun bölgə müxbirinə verilən məlumata görə, Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, 20 Yanvar faciəsinin, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin xatirəsi yad olunub. Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən daşkəsənli şəhidlərin də xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Anım mərasimində bildirilib ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsinin törədilməsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, həm də xalqımızın azadlıq uğrunda mübarizliyini nümayiş etdirən qəhrəmanlıq salnaməsidir.

Paylaş