ABŞ-ın neft ehtiyatları kəskin azalıb

Bakı, 16 sentyabr, İMZAİNFO

Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.

İMZAİNFO xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 9,52 milyon barrel azalıb. Bazar proqnozları isə ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Paylaş