Ağdam rayonunda ümumi məhsul buraxılışı 3,2 faiz artıb

Ağdam, 19 mart, İMZA
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağdam rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının inkişafı təmin edilib.
Ağdam Rayon Statistika İdarəsindən İMZAİNFO-nun bölgə müxbirinə bildiriblər ki, 2020-ci ilin yanvar-dekabr aylarında iqtisadiyyatın bütün sahələri üzrə 177 milyon 310,3 min manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 5 milyon 432,5 min manat və ya 3,2 faiz çoxdur. Məhsul buraxılışının 132 milyon 260,2 min manatı aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. Bu dövrdə 12 milyon 813,5 min manatlıq sənaye məhsulu istehsal edilib, 16 milyon 98,7 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Ümumi məhsulun 788,1 min manatı nəqliyyat və anbar təsərrüfatından, 560,1 min manatı informasiya və rabitədən, 14 milyon 800,3 min manatı ictimai iaşə də daxil olmaqla ticarət sektorundan əldə olunub.
Paylaş