Alüminium və ondan hazırlanan məmulatların ixracı cüzi artıb

Bakı, 22 sentyabr,  İMZAİNFO
2021-ci ilin yanvar-avqust aylarında 37,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
İMZAİNFO  Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 92 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin eyni dövründə 63,6 milyon dollarlıq 35,6 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
Paylaş