ANAMA: Ötən həftə ərzində 557 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bakı, 20 iyun, İMZAİNFO
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.
ANAMA-dan İMZAİNFO-ya bildiriblər ki, iyunun 13-dən 18-dək Tərtər, Ağdam, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 13 mina və 58 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 557 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Paylaş