ANAMA: Ötən həftə 399 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bakı, 16 may, İMZAİNFO
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.
ANAMA-dan İMZAİNFO-ya bildiriblər ki, mayın 9-dan 14-dək Tərtər, Ağdam, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 399 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Paylaş