Aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri 107,1 faiz təşkil edib

Bakı, 14 may, İMZAİNFO
Cari ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin aprel ayına nisbətən 107,1 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən İMZAİNFO-ya bildirilib ki, cari ilin aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, inşaat materiallarının, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sabunların, şampunların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Paylaş