
Avropa Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, HELP milli tyutoru Günay Əyyubova tərəfindən Avropa Şurasının “HELP e-learning” platforması üzərindən 23 nəfərə – 11 hakim və 12 prokurorluq işçisinə “Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları” mövzusunda distant kurs təşkil olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən İMZAİNFO-ya bildiriblər ki, bununla da iki ay müddətində davam edən distant kursa yekun vurulub. Yekunda 8-i prokurorluq işçisi olmaqla 12 nəfər müvəffəqiyyət qazanıb. Yüksək nəticə nümayiş etdirən şəxslərə Avropa Şurasının sertifikatları təqdim olunacaq.
Kursun gedişi maraq doğurduğu üçün Avropa Şurası rəsmi veb-saytında və feysbuk, tviter sosial media hesablarında işıqlandırılıb.