Avstriya iş adamları KOBİA-nın xidmətlərindən faydalana bilərlər

Bakı, 16 may, İMZAİNFO

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) İMZAİNFO-ya bildirilib ki, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri və iş adamları iştirak ediblər.

Biznes forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin hər iki ölkənin iş adamlarının birgə biznes təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb. Qeyd olunub ki, KOBİA Avstriyanın müvafiq qurumları ilə sahibkarlığa dəstək sahəsində birgə təşəbbüslərin həyata keçirilməsində maraqlıdır və bu sahədə əməkdaşlıq etməyi planlaşdırır. Agentlik Azərbaycanda Avstriya iş adamlarının iştirakı ilə daha çox birgə müəssisə və layihələr görməyə ümid edir. Avstriya iş adamları Azərbaycanda biznes qurmaq və yerli KOB-larla birgə təşəbbüslərin reallaşdırılması üçün KOBİA-nın dəstək və xidmətlərindən faydalana bilərlər.

Paylaş