Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Horadizdə vətəndaşlarla görüşəcək

Bakı, 11 aprel, İMZAİNFO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov aprel ayının 15-də Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə İMZAİNFO-ya agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbul saat 11:00-da Horadiz şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlər Füzuli rayonu “38 N-li Yol İstismarı” MMC və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-də öncədən qeydiyyatdan keçməlidirlər.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.
Paylaş