
Prezident İlham Əliyev dekabrın 17-də “Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb.
İMZAİNFO xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə bu ali təhsil müəssisəsinin 24 əməkdaşına “Əməkdar müəllim” fəxri adı verilib.