Azərbaycan neftinin bir barreli 40,64 dollara satılır

Bakı, 16 sentyabr, İMZAİNFO

Azərbaycan neftinin qiyməti bahalaşır.

İMZAİNFO xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 40,64 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Paylaş