
Prezident İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
İMZAİNFO xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə bir nəfər “Şöhrət” ordeni, altı nəfər 3-cü dərəcəli “Əmək” ordeni, on yeddi nəfər “Tərəqqi” medalı ilə təltif edilib.