“Azərikimya” özünün enerji tələbatını daxili imkanları hesabına təmin edəcək

umqayıt, 13 may, İMZAİNFO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərkimya” İstehsal Birliyinin Etilen-polietilen zavodunun yenidənqurma layihəsi ilə yanaşı aparılan və artıq sazlama işləri görülən “Yeni yüksək gərginlikli yarımstansiyanın tikintisi” və mövcud “Su soyutma qurğusunun genişləndirilməsi” layihələri də yekun fazadadır və bu qurğuların cari ilin ikinci rübündə istismara verilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Etilen-polietilen zavoduna jurnalistlərə açıqlamasında zavodun baş mühəndisinin müavini Samir Səlimli söyləyib. O, əlavə quraşdırılan buxar turbogenerator qurğusunun inşası ilə zavodda elektrik enerjisinin istehsalının 2 dəfədən çox artacağını vurğulayıb. Belə ki, “Azərikimya” İB özünün enerji tələbatını daxili imkanları hesabına tam təmin edəcək, 35 Mvt/saat izafi elektrik enerjisi isə SOCAR-ın digər istehlakçılarına veriləcək.
“Buxar Elektrik Enerjisi İstehsalatında (BEEİ) Yaponiyanın “Mitsubishi” şirkəti tərəfindən mövcud qurğuya əlavə yeni buxar turbogenerator qurğusu quraşdırılmaqla zavodun enerji tələbatı tam qarşılanacaq. Layihənin cari ilin 3-cü rübündə tamamlanması nəzərdə tutulur”, – deyə S.Səlimli əlavə edib.
Paylaş