
Cari ilin fevralında “Azəriqaz” İstehsalat Birliyi 980 milyon kubmetr qaz qəbul edib.
İMZAİNFO xəbər verir ki, bu sözləri İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bunun 772 milyon kubmetri əhali, 208 milyon kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb. Ötən ilin fevralı ayı ilə müqayisədə 13,3 milyon kubmetr çox qaz qəbul edilib.