“Azəriqaz” İB yanında İctimai Şuranın üzvləri Ağsuda istehlakçılarla görüşəcəklər

Bakı, 14 may, İMZAİNFO
“Azəriqaz” İstehsalat Birliyi (İB) yanında İctimai Şuranın üzvləri mayın 18-də Ağsu Regional Qaz İstismarı İdarəsinə monitorinq səfəri edərək istehlakçılarla görüşəcəklər.
İB-dən İMZAİNFO-ya bildirilib ki, Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan və Ucar rayonlarından olan istehlakçılar (abonentlər) görüşdə iştirak etmək, problemləri ifadə etmək üçün Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Ağsu Regional Qaz İstismarı İdarəsinin inzibati binasına saat 11:00-da yaxınlaşa bilərlər.
Paylaş