“Azərişıq” elektrik şəbəkəyə onlayn qoşulma xidmətinə dair təqdimat keçirib

Bakı, 16 aprel,  İMZAİNFO
Aprelin 16-da “Azərişıq” ASC-nin təlim-tədris mərkəzində elektrik şəbəkəyə onlayn qoşulma xidməti barədə təqdimat keçirilib.
İMZAİNFO xəbər verir ki, ASC-nin İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov son bir ay ərzində “Azərişıq” ASC-nin elektron xidmət portalına 4 mindən çox müraciətin daxil olduğunu bildirib.
Həmçinin “Doing Business” hesabatı çərçivəsində əhali və qeyri-əhali qrupuna daxil olan istehlakçıların şəbəkəyə qoşulmasını asanlaşdırmaq üçün ASC-nin əməkdaşlarının hazırladıqları təlimatlar təqdim olunub.
Paylaş