“Azərsu”: Qəza ilə əlaqədar Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq

Bakı, 16 may, İMZAİNFO
Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar mayın 16-da axşam saatlarından başlayaraq mayın 17-də gün ərzində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
Bu barədə İMZAİNFO-ya “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Azərsu” ASC narahatlığa görə abonentlərdən üzr istəyir.
Paylaş