Skip to content
Cümə, Mart 29, 2024
Responsive Menu
Responsive Menu
İMZA
Sosial İnkişafa Dəstək İctimai birliyi
Axtar
Axtar
Əsas Səhifə
Azərbaycan
Qalereya
Qarabağ
Qan Yaddaşı
Müasir Azərbaycan
Ümummilli Lider
Prezident
I Vitse-Prezident
İmza
Haqqımızda
Vəzifələr
İmza TV
İmza Layihələri
İmza regional bölməsi
İmza Könüllüləri
Fəaliyyət
Ümumi məlumat
Siyasət
Daxili Siyasət
Xarici Siyasət
Ordu
Diaspor
Multikulturalizm
Cümhuriyyət – 100
Regionlar
Kənd Təsərrüfatı
Cəmiyyət
Səhiyyə
Sağlamlıq Klubu
Ekologiya
Sosial
Din
Hadisə
Könüllülər ili
Dünya
Təhsil
Mədəniyyət
İncəsənət
Musiqi
Teatr və Kino
Turizm
İdman
Müsahibə
Sənaye
Neft – Qaz
iqtisadiyyat
Nəqliyyat
Tikinti
Maliyyə
Sərgilər
Home
Səhiyyə
Azərbaycan və Somalinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
Azərbaycan və Somalinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
13 Oktyabr 2021
Bakı, 13 oktyabr,İMZAİNFO
Oktyabrın 12-də Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının ticarət və sənaye naziri Xalif Abdi Omar ilə görüşüb.
XİN-nin Mətbuat xidməti idarəsindən İMZAİNFO-ya bildirilib ki, nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Somali naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən QH sədri qismində pandemiyaya qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Bu xüsusda, ölkəmizin pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edildiyi və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğu qeyd edilib.
Görüşdə qarşı tərəf, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının əhəmiyyətini vurğulayıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Paylaş