“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

Bakı, 16 may, İMZAİNFO
Mayın 16-da Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
İMZAİNFO xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamının birinci hissəsi ilə təsdiq edilmiş “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilir:
“Müşahidə Şurasının sədri
Mətin Eynullayev ‒ Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Müşahidə Şurasının üzvləri
Səməd Bəşirli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri
Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri
Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri”.
Paylaş