Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakı, 23 aprel, İMZAİNFO
Aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bakı Şəhər İcra Hakimiyyətindən  İMZAİNFO-ya verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə sabah küçəyə çıxmamaq xahiş olunur.
Paylaş