Belarusun Baş naziri Azərbaycana işgüzar səfər edəcək

Minsk, 16 may, İMZAİNFO
Belarusun Baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.
AZƏRTAC bu barədə BELTA agentliyinə istinadla xəbər verir.
İkigünlük səfər proqramına ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşlər, Gəncə avtomobil zavodunu, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərini, eləcə də “İqlim” istehsalat müəssisəsini ziyarət etmək daxildir.
Bundan əlavə, səfər çərçivəsində Belarus və Azərbaycanın işgüzar dairələri arasında biznes görüşlərin keçirilməsi planlaşdırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Paylaş