Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib

Bakı, 20 aprel Imzainfo

Cari ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən IMZAINFO-ya bildiriblər ki, seminarda BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında “BQXK-nın mandatı və fəaliyyəti, beynəlxalq humanitar hüquqa giriş” mövzusunda çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.

Paylaş