Birinci rübdə Tərtərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 42,2 faiz artıb

Tərtər, 12 may, İMZAİNFO
Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib.
Tərtər Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2022-ci ilin birinci rübündə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 44.909,2 min manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 42,2 faiz çoxdur. Məhsul və xidmətlərin 61 faizi istehsal sahələrinin, 39 faizi xidmət sahələrinin payına düşüb.
2022-ci ilin ilk 3 ayında 4198,2 min manatlıq sənaye, 9067,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. 14 milyon 128 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib.
Paylaş