Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

Bakı, 9 iyul, İMZAİNFO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.
İMZAİNFO paylaşımı təqdim edir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin!”.

https://www.instagram.com/p/CfyBabQMKuC/?igshid=YmMyMTA2M2Y=
Paylaş