Bryus Sprinqstin yeni “Letter to you” albomu ilə dinləyicilərin görüşünə gələcək

Bakı, 16 oktyabr, İMZAİNFO

Amerikalı müğənni və bəstəkar Bryus Sprinqstin yeni “Letter to you” albomu ilə oktyabrın 23-də dinləyicilərin görüşünə gələcək.

İMZAİNFO elmundo.es saytına istinadla xəbər verir ki, ifaçının “The E Street Band” qrupu ilə yazdığı albom CD və val formatında buraxılacaq.

“Letter to you” albomu Bryus Sprinqstinin karyerasında sayca 20-ci işidir. Diskdə 12 mahnı yer alacaq. Onlardan doqquzu yenidir. Bu mahnılar ifaçını sevənlər üçün bir tapıntı olacaq.

Əsl rok janrında olan albom “The E Street Band” ilə birlikdə ifaçının evindəki studiyada yazılıb.

Qeyd edək ki, albomun işıq üzü görməsinə az qalsa da, artıq indi “Ghosts” və “Letter to you” mahnılarına qulaq asmaq mümkündür.

Paylaş