Charles Veley: Qarabağda aparılan böyük bərpa işlərinin şahidi oldum

Xocavənd, 16 iyun, İMZAİNFO
Azərbaycana ikinci səfərimdir. Ölkənizdə ilk dəfə ötən ilin sentyabrında olmuşam. Qısa zamanda Qarabağda aparılan böyük bərpa işlərinin şahidi oldum. Bu, məni doğrudan da çox təəccübləndirdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocavəndə səfər edən MTPtravel saytının təsisçisi və baş direktoru Charles Veley bildirib.
“Hazırda burada insanlar üçün ən böyük problem ərazilərin minalı olmasıdır. İşğal dövründə ermənilər ərazini çox bərbad vəziyyətə salıblar. Bu, onun göstəricisidir ki, onlar burada heç vaxt təsərrüfatla da məşğul olmayıblar. Amma ermənilər buradakı məscidlərdə donuz saxlayıblar. Bu isə heç də xoş deyil”, – deyə Charles Veley təəssüratlarını bölüşüb.
Qeyd edək ki, dünyanın 10 ölkəsindən olan 24 məşhur səyyahın Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfəri başlayıb. Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan səyyahlar 3 gün ərzində Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan marşrutu üzrə hərəkət edəcəklər.
Paylaş