Previous
Next
Bakı, 20 iyun, İMZAİNFO
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən İMZAİNFO-ya bildiriblər ki, birgə tədbirlər planına uyğun olaraq, komitə nümayəndələri hərbi hissələrdə şəxsi heyətlə görüşüb, söhbətlər aparıblar.
Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.