Dövlət İmtahan Mərkəzinin əməkdaşları onlayn beynəlxalq konfransda iştirak ediblər

Bakı, 16 oktyabr, İMZAİNFO

Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Dövlət Qulluğu üzrə Regional Xab Nazarbayev Universitetinin Dövlət İdarəçiliyi Məktəbinin “Mərkəzi Asiyada dayanıqlı inkişaf məqsədləri və COVID-19-un yaratdığı çətinliklər” mövzusunda keçirdiyi onlayn beynəlxalq konfrans çərçivəsində “Yeni reallıqda idarəçilik və inam” adlı panel sessiya təşkil edib. Sessiyada Azərbaycan, Gürcüstan, Litva və digər ölkələrin nümayəndələri mövzu ilə bağlı təqdimatlarla çıxış edib və sualları cavablandırıblar.

Bu barədə İMZAİNFO-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, yeni reallıq həm pandemiyanın çağırışlarına, həm də ən təsirli bərpa üsullarına cavab axtarışında əsas rol oynayan dövlət idarəçiliyinin keyfiyyətinə artan tələblər qoyur. Eyni zamanda, hökumətlər tərəfindən tədbirlərin görülməsi üçün vacib şərt inamdır.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və icraçı direktoru Vəfadar Misirov, strateji inkişaf, dövlət qulluğu məsələləri və hüquqi təminat və insan resursları şöbələrinin əməkdaşları iştirak ediblər.

DİM-in nümayəndələri həm beynəlxalq təşkilatlar, həm də Regional Xaba üzv olan ölkələrin aparıcı akademikləri və mütəxəssislərinin iştirakı ilə keçirilən müzakirələrə qoşulublar.

Paylaş