Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 20 yanvar, İMZAİNFO

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür.

İMZAİNFO xəbər verir ki, yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olan qəhrəman vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Paylaş