Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Bakı, 15 may, İMZAİNFO
Mayın 15-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Şirvan-Noxudlu-Salyan, Şirvan-Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsi 500-1000 metrədək məhdudlaşacaq.
Bu barədə İMZAİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Paylaş