Elektrik enerjisinin ixracı artıb

Bakı, 24 aprel,  İMZAİNFO
Yanvar-mart aylarında ölkədən 406,2 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK)  İMZAİNFO-ya bildirilib ki, ixrac edilən elektrik enerjisinin dəyəri 16,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin birinci rübündə Azərbaycandan 374,6 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 17,8 milyon dollar təşkil etmişdi.
Paylaş