Energetika naziri Qəbələdə vətəndaşlarla görüşəcək

Bakı, 20 iyun, İMZAİNFO
Energetika naziri Pərviz Şahbazov iyunun 24-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən İMZAİNFO-ya bildirilib ki, qəbul saat 11:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 40) keçiriləcək.
Paylaş