Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri yayılıb

Bakı, 10 oktyabr, İMZAİNFO

Oktyabrın 9-da Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edilməsi barədə məlumat verilib.

İMZAİNFO Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edir.

Paylaş