Gömrük Komitəsi ötən ay büdcəyə 370,8 milyon manat köçürüb

Bakı, 7 may,  İMZAİNFO
Aprel ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 370 milyon 847,5 min manat olub.
Komitədən  İMZAİİNFO-İMZAİNFO-ya bildirilib ki, keçən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 99 milyon 830,3 min manat, əlavə dəyər vergisi üzrə 251 milyon 920,4 min manat, aksizlər üzrə 15 milyon 439,2 min manat, yol vergisi üzrə isə 3 milyon 657,6 min manat təşkil edib.
Xatırladaq ki, martda komitənin dövlət büdcəsinə daxilolmaları 350 milyon 135,2 min manat olmuşdu.
Paylaş