Gürcüstan KİV-ləri Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı Azərbaycan Prezidentinin fikirlərini işıqlandırıb

Tbilisi, 12 oktyabr, İMZAİNFO

Gürcüstanın populyar informasiya resursları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsinə və dövlətimizin başçısının rəsmi “Twitter” hesabında Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı fikirlərini işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “report.ge”, “sputnik-georgia.ru”, “24news.ge”, “interpressnews.ge” və digər informasiya resurslarında sayılan məlumatlarda Azərbaycan Prezidentinin fikirləri rus, ingilis və gürcü dillərində oxucuların diqqətinə çatdırılıb.

Xəbərlərdə Prezident İlham Əliyevə istinadla vurğulanır ki, Rusiya Qarabağın Azərbaycan torpaqları olmasını Ermənistana başa salmalıdır. Rusiya Ermənistanı inandırmalıdır ki, vəziyyətdən yeganə çıxış və xilas yolu yalnız Qarabağdan çıxmaqdadır.

Gürcüstan saytları, həmçinin Ermənistanın törətdiyi cinayətlərə Azərbaycanın layiqli cavab verdiyini də oxucuların diqqətinə çatdırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Paylaş