İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin başlıca məqsədi Azerbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın səmərəli və xalqımızın milli maraqlarına xidmət edən siyasətini təbliğ etmək.
-dövlət tərəfindən sosial-iqtisadi siyasətinin inkişafında yaxından iştirak etmək, həyata keçirilən tədbirləri online platformlarda işıqlandırılmasına dəstək olmaq;
-aztəminatlı ailələrə mənəvi və psixoloji dəstək olmaq, sosial problemlərinə yardım etmək;
-beynəlxalq təşkilatlar arasında bilik, fikir və təcrübə mübadiləsini təşkil etmək;
-elmi araşdırmalar aparmaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa müzakirələri və görüşlər, sərgilər təşkil etmək;
-ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökümət təşkilatları, aidiyyatı qurumlarla sosial-iqtisadi problemlərin həlli istiqamətində və müxtəlif sahələrdə layihələrin icrası istiqamətində əməkdaşlıq etmək.
-Birliyin fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələrdə regional bölmələri var.
XƏYYAM ƏSGƏROV – “İMZA” İCTİMAİ BİRLİYİNİN SƏDRİ