Heydər Əliyev adına lisey 2021/2022-ci tədris ilində də qəbul nəticələrinə görə ən yüksək nəticə göstərən liseylərdən biri oldu.

Bakı , 03 sentyabr , İMZAİNFO
Heydər Əliyev adına lisey 2021/2022-ci tədris ilində də qəbul nəticələrinə görə ən yüksək nəticə göstərən liseylərdən biri oldu.
Bu il liseyi bitirib ali məktəblərə sənəd verən 62 nəfər məzundan 61 nəfəri Respublikamızın və xarici olkələrin müxtəlif ali məktəblərinə daxil olmaqla 98 faiz nəticə göstərmişdir. Şagirdlərimizdən 18 nəfəri 500 baldan yuxarı, onlardan 7 nəfəri 600 baldan yuxarı – Bayramlı Aysu Şirvan qızı I ixtisas qrupu üzrə 667 bal (Bakı Ali Neft Məktəbi, Proseslərin avtomatlaşdırılması fakültəsi);
Qallacov Emil Şamil oğlu I ixtisas qrupu üzrə 651 bal (Bakı Ali Neft Məktəbi, Komputer mühəndisliyi fakültəsi);
Rzayev Hüseyn Seymur oğlu II ixtisas qrupu üzrə 648 bal (ADA, Maliyyə fakültəsi);
Kərimli Anar Əli oğlu I ixtisas qrupu üzrə 633 bal (UNEC, Informasiya təhlükəsizliyi fakültəsi);
Muxtarov Vüqar Ramil oğlu I ixtisas qrupu üzrə 616 bal (DTX akademiyası, Informasiya təhlükəsizliyi fakültəsi);
Rəhimli Aysu Mehman qızı I ixtisas qrupu üzrə 615 bal (ADA Universiteti, Informasiya texnologiyaları fakültəsi);
Cəbrayılov Ağaələkbər Anar II ixtisas qrupu üzrə 608 bal (UNEC, Maliyyə fakültəsi) nəticə göstərmişdir.
Paylaş