Heydər Əliyev adına liseyin şəhid məzunu Cavid Manafovun anım gününə həsr olunmuş “Cavid zirvəsi” adlı tədbir təşkil olunmuşdur.

Bakı , 04 noyabr , İMZAİNFO

Heydər Əliyev adına Liseydə liseyin şəhid məzunu Cavid Manafovun anım gününə həsr olunmuş “Cavid zirvəsi” adlı tədbir təşkil olunmuşdur. Tədbir lisey rəhbərliyi , müəllim və şagirdlərin liseyin şəhid məzunu Cavidin xatirə lövhəsinə gülqoyma mərasimi ilə başladı.
Tədbirin bədii hissəsində tədbiri giriş sözü ilə açmaq üçün çıxış edən liseyin direktoru Sevinc Orucova çıxışında bunları söyləmişdir : “Bu günlərdə 2-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan ordusunun möhtəşəm qələbəsi, zəfəri məhz, Müzəffər Ali Baş Komandanımız Ilham Əliyev cənablarının uzaqgörənliyi, şəhidlərimizin qanı, qazilərimizin canı, dəmir yumruq əzmli millətimizin birliyi, Cavid kimi oğullarınızın qəhrəmanlığı sayəsində qazannılmışdır. Bizlər bu şanlı tarixin canlı şahidləri olduğumuz üçün dünyanın ən xoşbəxt insanlarıyıq”.
Tədbirdə şəhidimiz Cavid Manafovun anası Natəvan xanım, ailə üzvləri, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon Gənclər və Idman Idarəsinin müdiri Əfqan Rzayev, Qarabağ qazisi Anar Məmmədov, müharibə iştirakçısı Xəqani Orucov, BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova və Xətai rayon 37-ci polis bölməsinin əməkdaşları iştirak etmişdir.
Tədbirdə şagirdlərin ifasında bir-birindən maraqlı şeirlər, musiqi nömrələri və şagirdlərin ifasında səhnələşdirilən kompozisiyalar tamaşaçılara yaddaqalan anlar bəxş etmişdir.

Daha ətraflı:

https://m.facebook.com/story.php?story_fbid=pfbid0TsMzJaHxsZZsE51oPBUdAzsQRoyQ6n5XWgdb69NaiVHxEWxzNYjS7VDvBcHKQN2al&id=100080777013547

Paylaş