Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Regional İnkişaf” İB əməkdaşlarını təltif edib

 

Bakı, 29 dekabr, İMZAİNFO.

“Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları təltif edilib.

İMZAİNFO xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlarını Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov təltif edib.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Başlıca məqsədi ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək göstərmək olan “Regional İnkişaf” İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətləri və təkliflərinin araşdırılması və aidiyyəti qurumlarla dialoq və əməkdaşlıq şəraitində həlli, müxtəlif sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir. Birliyin fəaliyyəti bütün respublika ərazisini əhatə edir və bölgələrdə regional bölmələri var.

Paylaş