Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib

Bakı, 31 dekabr, İMZAİNFO.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib.

İMZAİNFO xəbər verir ki, Leyla Əliyevanın sosial şəbəkə hesabında etdiyi paylaşımda deyilir: “Yeni iliniz mübarək! Sizə cansağlığı, xoşbəxtlik və bol sevgi arzu edirəm! Allah hamınızı qorusun! Çox sağ olun!”.

Paylaş