Heydər Əliyev adına liseydə “Son zəng”

Previous
Next

Bakı, 14 iyun, İMZAİNFO
Heydər Əliyev adına liseydə “Son zəng” qeyd olunub. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Xətai rayon prokuroru Sərdar İmanov, icra hakimiyyətinin İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Pənah İmanov və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun məsləhətçisi Hüseyn Hüseynov iştirak ediblər. Öncə liseyin şəhid məzunu Cavid Manafovun və Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Bu barədə İMZAİNFO-ya liseydən məlumat verilib.
Tədbiri açan liseyin direktoru Sevinc Orucova 2021-2022-ci tədris ilində əldə olunan yüksək nailiyyətlərdən bəhs edib: “Bu il üç sinif üzrə 66 şagirdimiz məzun olur. Şagirdimiz Aysu Rəhimli Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında yüksək nəticə göstərib – 297 bal toplayıb”.
Liseyin respublika fənn olimpiadalarında riyaziyyat üzrə bürünc medal qazanan şagirdi Mətin Qədirov, respublika fənn müsabiqələrində fizika üzrə bürünc medala layiq görülən, Təhsil Nazirliyinin təşkil etdiyi “Zəfər yolu” və “Düşünən oxucu” müsabiqələrində uğurlu iştirak edən şagirdləri mükafatlandırılıblar.
Sinif rəhbərləri və məzunlar çıxış edərək öz ürək sözlərini bildiriblər.

Paylaş