Skip to content
Cümə, Aprel 19, 2024
Responsive Menu
Responsive Menu
İMZA
Sosial İnkişafa Dəstək İctimai birliyi
Axtar
Axtar
Əsas Səhifə
Azərbaycan
Qalereya
Qarabağ
Qan Yaddaşı
Müasir Azərbaycan
Ümummilli Lider
Prezident
I Vitse-Prezident
İmza
Haqqımızda
Vəzifələr
İmza TV
İmza Layihələri
İmza regional bölməsi
İmza Könüllüləri
Fəaliyyət
Ümumi məlumat
Siyasət
Daxili Siyasət
Xarici Siyasət
Ordu
Diaspor
Multikulturalizm
Cümhuriyyət – 100
Regionlar
Kənd Təsərrüfatı
Cəmiyyət
Səhiyyə
Sağlamlıq Klubu
Ekologiya
Sosial
Din
Hadisə
Könüllülər ili
Dünya
Təhsil
Mədəniyyət
İncəsənət
Musiqi
Teatr və Kino
Turizm
İdman
Müsahibə
Sənaye
Neft – Qaz
iqtisadiyyat
Nəqliyyat
Tikinti
Maliyyə
Sərgilər
Home
Mədəniyyət
Heydər Əliyev Fondunun dəstəyi ilə “Moskvada Azərbaycan günləri” başlayır
Heydər Əliyev Fondunun dəstəyi ilə “Moskvada Azərbaycan günləri” başlayır
20 Fevral 2022
Bakı, 20 fevral, İMZAİNFO
Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.
İMZAİNFO xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılacaq.
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki “Azərbaycan” pavilyonunda isə “Azərbaycan xalçası – yeni baxış” (“Азербайджанский ковер — новый взгляд”) sərgisinin açılışı olacaq. Həmçinin “Azərbaycan” pavilyonunda Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən-dilə” (“Из уст в уста”) ədəbiyyat layihəsi təqdim ediləcək.
Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” (“Музыкальные звезды Азербайджана на московской сцене”) adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adığözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcək.
Paylaş