
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2020-2021-ci tədris ili üzrə Macarıstanda 193, Latviyada 8, Çində isə 21 nəfər təhsil alacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini bu ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində davam etdirəcəklər.