İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin “Vətən Naminə” adlı layihəsi keçirilmişdir.

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin “Vətən Naminə” adlı layihəsi keçirilmişdir. Bu gün dünya azərbaycanlılarının arxasında Azərbaycan dövləti durur. Dünya azərbaycanlıları ölkəmizin hər bir uğuruna sevinir, mövcud siyasəti dəstəkləyirlər. Bu layihəmizdə vətən sevgisi ilə iştirak edən ABŞ, Almaniya, Kanada, Oman,Misir, Türkiyə, Fransa, Finlandiya, İspaniya,İtaliya və digər xarici ölkələrdə yaşayan soydaşlarımız vətənə sədaqət və məhəbbətlərini bu şəkildə nümayiş etdiriblər. Layihədə, xarici dövlətlərdə yaşayan 18, ölkəmizdə yaşayan 27 soydaşımız iştirak edib. İştirakçılara layihənin uğurla həyata keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkür edirik.

Paylaş