İmişlidə ət və süd məhsullarının istehsalı artıb

İmişli, 14 fevral, İMZAİNFO
Ötən il İmişli rayonunda heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, 2021-ci ildə təsərrüfatlar üzrə iribuynuzlu mal-qaranın baş sayı 95873, qoyun və keçilərin baş sayı isə 254790 olub. İribuynuzlu mal-qaranın sayı 0,4 faiz artıb.
Təsərrüfatlar üzrə ev quşlarının baş sayı 985055 olub. Ət istehsalı (diri çəkidə) 13,4 min tona çatıb ki, bunun da 3,9 min tonunu quş əti təşkil edib. Süd istehsalı 50,4 min tona bərabər olub. Yumurta istehsalı isə 52 milyon ədəd təşkil edib. Yun istehsalında artım qeydə alınıb və 447,5 ton yun istehsal edilib. 2021-ci ildə kümçülərin istehsal etdiyi barama məhsulu artaraq 8610,4 kiloqrama çatıb.
Paylaş