İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyi ” QARABAĞ AZƏRBAYCANDIR!” adlı esse yazı müsabiqəsinə start verir.

“QARABAĞ AZƏRBAYCANDIR!” adlı esse yazı müsabiqəsinin məqsədi gənclərdə vətənpərvərlik ruhunun aşılanması, möhkəm milli yaddaşın formalaşması və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan rəşadətli ordumuzun uğurlarına həsr edilmişdir.

Müsabiqədə 18-25 yaş arası gənclər iştirak edə bilərlər. İştirak etmək istəyənlər bu istiqamətdə yazları (Arial,14 şrift, 1,5 intervalla 2-3 səhifə həcmində; Azərbaycan və ya İngilis dillərində) noyabrın 2-dək aşağıdakı e-mailə göndərə bilərlər.

Sonda müsabiqəyə esse təqdim edən layihə iştirakçıları müvafiq sertifikatlarla təltif ediləcəklər.

Xüsusilə, ilk 3 yerin qalibi ekspertlər tərəfindən müəyyənləşdiriləcək və xususi hədiyyələrlə mükafatlandırılacaqlar.

Esse yazı müsabiqəsində iştirak etmək üçün
E-mail: info@imzainfo.az
Ətraflı məlumat üçün: +994 (77) 321 06 78
(Layihə rəhbəri: Mələk Mahmudova)

Paylaş